Beşqat NBA çempionu Don Nelson vəfat edib
NBA Şöhrət Zalının üzvü, üçqat "İlin məşqçisi" və oyunçu kimi "Boston Seltiks"in heyətində beşqat NBA çempionu olan Don Nelson 86 yaşında vəfat edib. Oxuməni.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri ailəsinin bəyanatına istinadən məlumat yayıb. Ölüm səbəbi açıqlanmır.
Jurnalist Mark Steyn Nelsonun ailəsinin bəyanatını belə çatdırıb: "Bazar günü səhər sevimli həyat yoldaşımız, atamız, babamız və ulu babamız yaxınlarının əhatəsində dünyasını dəyişdi. Son bir həftə ərzində dostları və ailəsi onun yanında olub, ona sevgi bəxş edib, onunla bağlı xatirələrini bölüşüb və qəlblərinə yaxın olan anları yenidən yaşayıblar".
Nelson 1965-1976-cı illərdə "Boston"da çıxış edib, həmçinin "Çikaqo Zefirs" və "Los-Anceles Leykers"in oyunçusu olub. O, 1966, 1968, 1969, 1974 və 1976-cı illərdə çempion olub – ümumilikdə cəmi 26 NBA oyunçusu bu göstəriciyə çata bilib. 1978-ci ildə "Boston" onun 19 nömrəli formasını dövriyyədən çıxarıb.
Məşqçi kimi Nelson NBA-nın müntəzəm mövsümlərində 1335 oyun qazanıb – ondan daha çox qələbəyə yalnız Qreq Popoviç (1390) sahibdir.
1994-cü ildə Nelson ABŞ yığmasını Dünya Kubokunda qələbəyə daşıyıb.
2012-ci ildə Nelson Basketbol Şöhrət Zalına daxil edilib.
Nelsonun xatirəsinə həsr olunmuş mərasim avqustun 13-ü, cümə axşamı günü Dallasdakı Preston-Hollou Presviterian kilsəsində keçiriləcək. Mərhumun külünün səpilməsi mərasimi dostları və qohumları üçün daha sonra təyin olunacaq.
Almaz Həsənli
































.jpg)


















































