Türkiyə parlamenti PKK-nın ləğvi ilə bağlı qanun layihəsini qəbul edib

Türkiyə parlamenti PKK-nın ləğvi ilə bağlı qanun layihəsini qəbul edib

11:07
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyə parlamenti səs çoxluğu ilə terror təşkilatı Kürdüstan Fəhlə Partiyasının (PKK) tərksilah edilməsi haqqında qanun layihəsini qəbul edib. Oxuməni.az-ın məlumatına görə, bu barədə NTV telekanalı 12 saatlıq müzakirələrdən və sənədin maddə-maddə səsverməsindən sonra xəbər verib.

Təxminən 360 deputatın imzaladığı qanun layihəsi parlamentə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən təqdim edilib. 12 maddədən ibarət olan sənəd PKK-nın ləğvi prosesi üçün hüquqi baza yaradır. Qanun prezident tərəfindən imzalandıqdan və "Resmi Gazete"-də dərc edildikdən sonra qüvvəyə minəcək.

Nəzərdə tutulmuş əfv prosesi qəsdən adam öldürməkdə təqsirli bilinən PKK üzvlərinə və ya PKK lideri Abdullah Öcalan da daxil olmaqla 2005-ci ildən əvvəl ömürlük həbs cəzasına məhkum edilmiş şəxslərə şamil edilməyəcək.

PKK-nın ləğvi prosesinə 2025-ci ilin fevralında terror fəaliyyətinə görə ömürlük həbs cəzası çəkən təşkilat lideri Abdullah Öcalanın təşəbbüsü ilə başlanılıb. Həmin ilin may ayında PKK özünün qurultayını keçirib və orada özünü buraxmaq, habelə Türkiyə ilə təxminən 50 il davam edən münaqişəyə son qoymaq barədə qərar qəbul edib. PKK-nın tərksilah prosesinə iyulun 11-də İraqın şimalında start verilib. Daha sonra Türkiyə parlamentində PKK-nın tərksilah edilməsi üzrə xüsusi komissiya yaradılıb.

Almaz Həsənli