İran ABŞ ilə münaqişənin bərpasına hazırlaşır

İran ABŞ ilə münaqişənin bərpasına hazırlaşır

10:28
Bəyəndim (1) Bəyənmədim (0)

İran hesab edir ki, ABŞ və İsrailin atəşkəs üçün göstərdiyi səylər yalnız bazarlardakı təzyiqi azaltmaq və hərbi əməliyyatların yeni mərhələsinə hazırlaşmaq məqsədi daşıyır.

Oxuməni.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti adı açıqlanmayan rəsmilərə və kəşfiyyat məlumatlarına istinadən yazıb.

Nəşrin məlumatına görə, Tehranda hesab edirlər ki, hazırkı danışıqlar sadəcə "münaqişədən əvvəlki bir fasilə" ola bilər və imzalanmış memorandum "yəqin ki, ABŞ və İsrailin qlobal iqtisadiyyata olan təzyiqi azaltmaq və vaxt qazanmaq cəhdi idi".

Qəzetin yazdığına görə, Tehranın müqavimət göstərməyə hazır olması "iki tərəfin münaqişənin tezliklə dayandırılması üçün davamlı razılığa gəlməsinə mane olacaq dərin etibarsızlığa" işarə edir.

Almaz Həsənli