İlk “Ferrari” elektrik avtomobili satılıb

İlk “Ferrari” elektrik avtomobili satılıb

11:13
Bəyəndim (1) Bəyənmədim (0)

Kaliforniyanın Monterey şəhərində keçirilən hərracda tam elektrikli "Ferrari Luce" avtomobilinin ilk nüsxəsi satılıb. Oxuməni.az xəbər verir ki, bu barədə RM Sotheby's hərrac evi məlumat yayıb.

Hərracın saytındakı lot təsvirində deyilir: "Chassis 0" (Şassi 0) kimi qeyd olunan bu avtomobil "Ferrari Luce" modelinin (tam elektrikli avtomobil) ilk seriya versiyasıdır".

Qeyd olunur ki, əldə olunan bütün vəsait "Ferrari Foundation" xeyriyyə fondunun təhsil proqramlarına yönəldiləcək.

İlk “Ferrari” elektrik avtomobili "Ferrari Tailor Made" fərdiləşdirmə proqramı çərçivəsində yaradılıb. Avtomobil mayın 26-da təqdim edilib. Bundan sonra “Ferrari”-nin səhmləri 8%-dən çox ucuzlaşıb ki, bu da 5 milyard avroya bərabərdir.

Almaz Həsənli