Qara dənizdə Rusiya neftini daşıyan tanker hücuma məruz qalıb

Qara dənizdə Rusiya neftini daşıyan tanker hücuma məruz qalıb

11:06
Bəyəndim (1) Bəyənmədim (0)



Qara dənizdə Novorossiysk yaxınlığındakı Xəzər Boru Kəməri Konsorsiumu (CPC) terminalında Rusiya neftini yükləyən Skiros tankerinə hücum edilib. Oxuməni.az xəbər verir ki, bu barədə məlumatlı mənbələr Bloomberg-ə bildiriblər.

Suezmax sinifli gəmi Yunanıstan şirkəti tərəfindən idarə olunur və təxminən 1 milyon barel neft daşıya bilir. İlkin məlumata görə, hücum Qazaxıstan neftinin ixracı üçün əsas marşrut olan CPC terminalının yaxınlığında baş verib. Bu, təxminən üç həftəlik fasilədən sonra CPC terminalına daxil olan gəmi ilə bağlı ilk belə hadisədir. Ötən ay pilotsuz təyyarələrin zərbələri artıq neft daşımalarının yüklənməsini pozdu və Qazaxıstanı hasilatı azaltmağa məcbur etdi.

Əvvəllər Ukrayna CPC infrastrukturunu və terminala gedən gəmiləri, əgər onlar Ukrayna sanksiyaları altında deyillərsə və Rusiya yüklərini daşımırlarsa, onlara zərbə endirməməyə razılaşıblar. Rusiya nefti adətən CPC ixracının 5-10%-ni təşkil edir.

Keçən ayın sonunda, tankerlərə bir sıra hücumlardan sonra CPC təhlükəsizlik və ekoloji risklər səbəbindən əməliyyatları dayandırmağı düşünsə də, əməliyyatları davam etdirmək qərarına gəlib.

Gəmini idarə edən şirkət hadisə nəticəsində heç kimin xəsarət almadığını bildirib. Həmçinin neft sızması qeydə alınmayıb.

Bildiyiniz kimi, avqustun 12-də Ukrayna Novorossiyskə “unikal” adlanan hücum həyata keçirdi. Nəticədə bir neçə döyüş gəmisi zədələnib. Hər üç taxıl terminalı da daşımaları dayandırıb.

Əziz MUSTAFA