Kolumbiya prezidenti ölkənin bərpası üçün 9,5 milyard dollar vəsait tələb olunduğunu açıqlayıb

Kolumbiya prezidenti ölkənin bərpası üçün 9,5 milyard dollar vəsait tələb olunduğunu açıqlayıb

14:03
Bəyəndim (0) Bəyənmədim (0)

Kolumbiyada baş verən son dağıdıcı zəlzələdən sonra ölkənin bərpası üçün 9,5 milyard dollar vəsait tələb olunacaq. Bu barədə ölkə prezidenti Abelardo de la Esprielya məlumat verib. Oxuməni.az xəbər verir ki, məlumatı "Caracol" yayım şirkəti yayıb.

"Özəl şirkətlərdən birinin hesablamalarına görə, birbaşa fiziki ziyan təxminən 30 trilyon peso (9,5 milyard dollar) təşkil edəcək. Bunun 24,5 trilyon pesosu (7,8 milyard dollar) binaların bərpasına, 5,5 trilyon pesosu (1,7 milyard dollar) isə infrastrukturun yenidən qurulmasına sərf olunmalıdır. Fəlakətin miqyasını bir təsəvvür edin", - deyə o bildirib.

De la Esprielyanın sözlərinə görə, hazırkı məlumata əsasən, zəlzələ nəticəsində 289 nəfər həlak olub, 4187 nəfər xəsarət alıb, 143 nəfər isə itkin düşüb. Təbii fəlakət 120 mindən çox ailəyə təsir göstərib, təxminən 27 min ev tamamilə dağılıb, 127,5 min evə isə ziyan dəyib.

Avqustun 10-da Kolumbiyanın mərkəzi və qərb hissəsində 7,4 maqnitudalı zəlzələ baş verib. Kolumbiyanın Geoloji Xidməti əsas zəlzələdən sonra 130 afterşok (təkan) qeydə alıb.

Almaz Həsənli