Suriyada YPG terror qruplaşmasının tezliklə buraxılacağı elan edilib

Suriyada YPG terror qruplaşmasının tezliklə buraxılacağı elan edilib

15:52
Bəyəndim (1) Bəyənmədim (0)

YPG terror təşkilatının buraxılması yaxın vaxtlarda elan edilə bilər. Bu barədə Suriya hökuməti ilə YPG terror təşkilatı arasında razılaşmanın icrası üzrə Prezident Komissiyasının nümayəndəsi Əhməd əl-Hilali məlumat verib.

Oxuməni.az xəbər verir ki, "Syria TV" efirində çıxış edən əl-Hilali bildirib ki, razılaşmaların yerinə yetirilməsi ilə bağlı hazırlıq işləri, o cümlədən məhkəmə prosedurları ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi davam edir. Onun sözlərinə görə, proses artıq yekun mərhələyə daxil olub.

Əl-Hilali qeyd edib ki, YPG terror təşkilatının hərbi, güc və mülki strukturlarının Suriyanın dövlət institutlarına inteqrasiyası "inkişaf etmiş mərhələyə" keçib. O, ən çətin mərhələlərin artıq geridə qaldığını və razılaşmaların yerlərdə icrasının irəlilədiyini vurğulayıb.

Komissiya nümayəndəsinin sözlərinə görə, son vaxtlar razılaşmada nəzərdə tutulan tədbirlərin həyata keçirilməsində əhəmiyyətli irəliləyiş əldə olunub ki, bu da prosesin növbəti mərhələsi üçün şərait yaradır.

Hazırkı dəyişikliklərin əsasını yanvarın 29-da Suriya hakimiyyəti ilə YPG terror qruplaşması arasında əldə edilmiş razılaşma təşkil edir. Sənəd atəşkəsi və təşkilatın strukturlarının ölkənin dövlət sisteminə mərhələli şəkildə inteqrasiyasını nəzərdə tutur.

Əl-Hilalinin bəyanatları tərəflərin YPG terror təşkilatının hərbi, güc və mülki strukturlarının Suriyanın dövlət institutlarına daxil edilməsinə yönəlmiş razılaşmaların icrasını davam etdirdiyinin növbəti sübutu olub.

Almaz Həsənli