Yaponiya Avstraliyada hipersəs raketlərini sınaqdan keçirəcək

Yaponiya Avstraliyada hipersəs raketlərini sınaqdan keçirəcək

18:11
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiya qarşıdakı onillikdə Avstraliyadakı poliqonlarda, o cümlədən hipersəs raketləri də daxil olmaqla, müxtəlif raket sistemlərini sınaqdan keçirmək niyyətindədir. Oxuməni.az xəbər verir ki, bu barədə "The Canberra Times" məlumat yayıb.

Avstraliyanın müdafiə naziri Riçard Marlz yaponiyalı həmkarı Şinciro Koidzumi ilə danışıqların yekunlarına dair bildirib ki, Yaponiyaya öz sınaqları, məsələn, hipersəs raketləri proqramı çərçivəsində Avstraliya poliqonlarından istifadə imkanının verilməsi ilə bağlı danışıqlar qızğın mərhələdədir.

Marlz jurnalistlərə açıqlamasında tərəflərin "Tokionun qarşıdakı onillik ərzində Avstraliyanın raket poliqonlarından istifadə etməsi ilə bağlı Avstraliya və Yaponiya arasında daha keyfiyyətli və genişləndirilmiş sazişin irəlilədilməsi barədə razılığa gəldiklərini" söyləyib.

Koidzumi bu imkanı "təməlqoyucu hadisə" adlandırıb.

Almaz Həsənli