Estoniya Ukraynaya avadanlıq təchiz edən şirkətin binasına hücumda Rusiyadan şübhələnir

Estoniya Ukraynaya avadanlıq təchiz edən şirkətin binasına hücumda Rusiyadan şübhələnir

08:23
Bəyəndim (1) Bəyənmədim (0)

Estoniya hakimiyyəti Ukrayna üçün pilotsuz avadanlıq istehsal edən Milrem Robotics müəssisəsində baş verən yanğında Rusiya ilə əlaqənin mümkünlüyündən şübhələnir. Oxuməni.az xəbər verir ki, bu barədə Bloomberg-in yaydığı məlumatda deyilir.

Baş nazir əlavə edib ki, hakimiyyət orqanları artıq şübhəliləri müəyyən edib və onların həbsi üçün müraciət edib. Yanğında heç kim xəsarət almayıb. Mixal həmçinin vurğulayıb ki, əgər hadisənin məqsədi Estoniyanı qorxutmaq, vətəndaşlar arasında nifaq salmaq və ya ölkəni Ukraynaya dəstəyini dayandırmağa məcbur etməkdirsə, buna nail olunmayacaq.

Milrem Robotics muxtar və pilotsuz yerüstü nəqliyyat vasitələrinin istehsalında ixtisaslaşıb. Şirkət Ukraynanı pilotsuz yerüstü nəqliyyat vasitələri ilə təchiz edir. Mirrem Robotics-in əksər səhmləri Birləşmiş Ərəb Əmirliklərinin EDGE müdafiə qrupu tərəfindən idarə olunur. İyun ayında şirkət Hollandiyada istehsal xətti açdı. Bu layihənin bir hissəsi olaraq Hollandiya hökuməti Ukraynaya daha 100 belə nəqliyyat vasitəsinin çatdırılmasını maliyyələşdirəcək.

Daha əvvəl Litvanın müdafiə naziri Robertas Kaunas Rusiyanın Baltikyanı ölkələrdəki vacib infrastruktura hücumları nəzərdən keçirdiyini xəbərdar etmişdi. Onun sözlərinə görə, buraya Estoniya, Latviya və Litvaya qarşı potensial hücumlar da daxildir. Moskva həmçinin hücumda Ukraynanı günahlandırmaq üçün Ukrayna dronlarından istifadə etməyi də düşünə bilər. Bundan əlavə, ABŞ kəşfiyyatı əvvəllər Putinin NATO ilə müharibə planları barədə xəbərdarlıq etmişdi.

Əziz Mustafa