ABŞ hesab edir ki, Oman İranla danışıqlarda həddindən artıq güzəştə gedib
ABŞ prezidenti Donald Trampın administrasiyası hesab edir ki, Oman hakimiyyəti İranla Hörmüz boğazına nəzarət məsələsi ilə bağlı danışıqlarda həddindən artıq güzəştə gedib. Oxuməni.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin qeyd etdiyi kimi, ABŞ İran və Omanın razılaşdırdığı bəzi müqavilələrlə razılaşmır. Xüsusilə, Vaşinqtonun narazılığına iki ölkənin Hörmüz boğazına giriş-çıxışa birgə nəzarət etməsi və gəmi sahiblərindən tranzit rüsumları alınması barədə razılaşma səbəb olub. Ağ Ev hesab edir ki, Oman İranla danışıqlarda kifayət qədər sərt mövqe tutmayıb.
Avqustun 17-də Tramp Omanın hərəkətlərindən narazılığını bildirib və əgər sultanlıq İran ilə ABŞ arasındakı münaqişənin nizamlanmasına mane olarsa, onu "cəhənnəmə qədər bombalayacağı" ilə hədələyib.
Almaz Həsənli




















































































