Dronlar Ufadakı neft emalı zavoduna hücum ediblər, güclü yanğın başlayıb
Rusiyanın Ukraynanın dron hücumundan sonra Ufa şəhərindəki neft emalı zavodlarından birində baş verib. Oxuməni.az xəbər verir ki, bu barədə Başqırdıstan qubernatoru Radiy Xabirov çərşənbə günü sosial mediada açıqlayıb.
"Zərərin miqyası hazırda müəyyən edilir, lakin ilkin araşdırmalar təmir işləri aparılan qurğuya zərbənin dəydiyini göstərir. Həmişə olduğu kimi, hər hansı bir zərbə boruları sıradan çıxarır və bəzi kiçik zərərlər var", - deyə o bildirib.
Viloyat qubernatorunun sözlərinə görə, zərərin bir neçə gün ərzində aradan qaldırılması gözlənilir. Başqırd paytaxtının meri vəzifəsini icra edən Rüstəm Şaripov yazıb ki, Ufa "daha bir terrorçu dron hücumuna məruz qalıb". Altı drondan dördü iddialara görə "vurulub", biri isə "sənaye zonasına düşüb - orada yanğını söndürürlər".
Məlumdur ki, Rusiyanın ən böyük neft-kimya və neft emalı komplekslərindən biri Ufanın şimalında, o cümlədən ildə 23,5 milyon ton ümumi gücü olan Başneft-UNPZ, Başneft-Ufaneftexim və Başneft-Novoil zavodlarında yerləşir. Hakimiyyət orqanları hansı zavodun vurulduğunu dəqiqləşdirməyib.
Zavoddakı qurğunun niyə təmir olunduğu da açıqlanmayıb. Bu, ehtimal ki, Ukrayna Silahlı Qüvvələrinin Ufanın sənaye zonasına əvvəlki zərbələrinin nəticəsidir. Təkcə avqust ayında neft-kimya kompleksi üç dəfə, ondan əvvəl isə iyul və iyun aylarında bir neçə dəfə Ukrayna dronları tərəfindən vurulub. 5 avqustda dron hücumundan sonra Rosneft neft emalı zavodunda (Başneft-UNPZ) yanğın baş verib.
Xabirovun məlumatına görə, zavoddan əlavə, 19 avqustda dronlardan biri "yolunu azaraq" Ufanın Zaton məhəlləsindəki yaşayış binasına dəyib. Nəticədə Hindistandan olan tibb tələbəsi yaralanıb.
Şaripovun sözlərinə görə, "hücum" nəticəsində bir neçə mənzilə və avtomobilə ziyan dəyib. Hakimiyyət orqanları binaya dəyən ziyanın miqyasını qiymətləndirir, təcili yardım mərkəzi yaradılıb və hündürmərtəbəli binanın sakinləri üçün müvəqqəti sığınacaq yaradılıb.
Xatırladaq ki, dünən gecə Rusiyanın Nijni Novqorod vilayətindəki Dzerjinsk şəhərinə dronlar hücum edib. Hücumdan sonra şəhərin üzərində qalın tüstü müşahidə olunub, ehtimal ki, Sverdlov zavodundan qalxır. Bu zavod Rusiya hərbi-sənaye kompleksi üçün partlayıcı maddələrin əsas istehsalçısıdır. Çərşənbə axşamı Moskvaya da dron hücumları baş verib.
Əziz MUSTAFA



















































































