Çin "Zhuque-3" təkrar istifadə oluna bilən raketini buraxıb və ilk dəfə onu quruya endirib

Çin "Zhuque-3" təkrar istifadə oluna bilən raketini buraxıb və ilk dəfə onu quruya endirib

14:53
Bəyəndim (1) Bəyənmədim (0)

Çin "Zhuque-3" təkrar istifadə oluna bilən raketini buraxıb və ilk dəfə onun quruya enişini həyata keçirib. Oxuməni.az xəbər verir ki, bu barədə CGTN məlumat yayıb.

Buraxılış ölkənin şimal-qərbindəki "Dunfen" kosmodromunda baş tutub.

Raketin birinci pilləsi uğurla yerə enib — bu, Çin üçün ilk belə haldır.

Qeyd edək ki, iyul ayında "Çançjen-10B" raketinin birinci pilləsinin şəbəkə sistemi vasitəsilə dənizə endirilməsi artıq həyata keçirilmişdi.

"Zhuque-3"-ün birinci pilləsi raketin şaquli şəkildə enməsinə və təkrar istifadə olunmasına imkan verən açılıb-yığılan dayaqlarla təchiz edilib. Mütəxəssislərin fikrincə, bu sxem buraxılışların maya dəyərini azaltmağa və Çinin kommersiya kosmik proqramlarının tələbatını ödəməyə imkan verir.

Almaz Həsənli