İşğal olunmuş Krımın bir neçə şəhərində hücumdan sonra elektrik kəsintiləri baş verib
20 avqust gecəsi Sevastopolda partlayışlar eşidilib və Krımın bir hissəsi elektriksiz qalıb. Sözdə "Krım hakimiyyəti" hələlik vəziyyətlə bağlı şərh verməyib.
Oxuməni.az xəbər verir ki, bu barədə ATESH partizan hərəkatının açıqlamasında deyilir. Hərəkatın məlumatına görə, gecə Sevastopolda partlayışlar eşidilib. Daha sonra bəzi şəhərlərdə elektrik kəsilib. Simferopoldakı istilik elektrik stansiyasının yaxınlığında da partlayışlar qeydə alınıb. Hazırda Sevastopol, Simferopol və Cankoyda elektrik yoxdur.
Bir neçə gün əvvəl Ukrayna qüvvələri Krımda və Xerson bölgəsindəki hücum dronlarının saxlanması, hazırlanması və idarəetmə obyektlərinə, eləcə də komanda məntəqəsinə zərbələr endirib. Bunlar Qvardiysk, Novofedorovka və Olenovka idi. Həmçinin ötən həftə Sevastopolda dronlar elektrik kəsintisinə səbəb olub. Elektrik obyektlərində xüsusi rejim tətbiq edilib və internet problemləri yaranıb.
Ukrayna Silahlı Qüvvələri yalnız Rusiyanın arxa cəbhəsində deyil, Krımın hərbi zonalarında və qonşu ərazilərdə düşmən infrastrukturunu sistematik şəkildə məhv etməyə davam edir. 12 avqust gecəsi Novorossiyskdə kütləvi dron hücumundan sonra Rusiya hərbi gəmilərinə, taxıl terminallarına və neft terminallarına ehtimal olunan zərbələr qeydə alınıb.
Əziz MUSTAFA



















































































