Zelenskiyə Moskva hava limanlarına minlərlə dronla hücum etmək "təklif edildi"

Zelenskiyə Moskva hava limanlarına minlərlə dronla hücum etmək "təklif edildi"

07:48
Bəyəndim (0) Bəyənmədim (0)


Bu ilin əvvəlində Ukrayna rəsmiləri prezident Volodimir Zelenskiyə Moskva hava limanlarına minlərlə dronla hücum etməyi təklif etdikləri iddia edilirdi. Oxuməni.az xəbər verir ki, bu barədə The Atlantic-in yaydığı məlumatda deyilir. Təklifə əsasən Moskva hava limanlarına və ətraf ərazilərə qarşı gündə 1000-ə qədər dron hücumu edilməli idi.

"Məqsəd Moskva hava məkanını uzun müddət mülki uçuşlar üçün bağlamaqdır", - deyə planla tanış olan bir məmur bildirib.
Zelenskiyə qışda bu plan təqdim edildikdə, o, ciddi narahatlıqlarını ifadə edib. Mənbə bildirir ki, prezident dronların Moskvada mülki təyyarəni vuracağından, xüsusən də zərbələr nəticəsində sərnişinlər, hava limanı işçiləri və ya heyət üzvləri həlak olacağından ehtiyat edib.

Rusiyaya sülh prosesini yenidən başlada biləcək təzyiq göstərməyə çalışan Zelenski, zərbələrə hazırlıqların bu yaz və yayın əvvəlində bir neçə ay davam etməsinə icazə verib.

bununla belə Zelenskinin "əsas təşkilatçısı" olan müdafiə naziri Mixaylo Fedorovu işdən çıxardığı iddia edildikdən sonra iyul ayında əməliyyatın planlaşdırılması dayandırılıb.

"The Atlantic" mənbələrə istinadən iddia edir ki, Fedorov bu ilin çox hissəsində plan üzərində işləyib və süni intellekt əsaslı rəhbərlik sistemləri hazırlamaq üçün ukraynalı proqramçılardan ibarət komandanın yaradılmasına kömək edib. O, həmçinin muxtar dronların kütləvi istehsalı üçün Ukraynanın Avropa tərəfdaşlarından maliyyələşdirmə əldə edib. Mənbələrdən biri Ukraynanın yeni müdafiə naziri Yevgeni Xmaranın planı həyata keçirməyə davam edəcəyinə ümid etdiyini bildirdi.

"Çalışacağıq. Texniki cəhətdən mümkündür. Bu layihəni yeni bir komanda ilə davam etdirə bilərik, amma mənim fikrimcə, bu, təxminən üç ay çəkəcək", - deyə mənbə bildirib.

Lakin Prezident Aparatının rəsmisi nəşrə verdiyi şərhdə belə bir planın mövcudluğunu təkzib etdi.

"Bu, tamamilə cəfəngiyatdır", - deyə o bildirib.

Əziz MUSTAFA