Dronların Krıma hücumu nəticəsində kütləvi elektrik kəsintiləri qeydə alınıb
Yerli sakinlər reaktiv dronların Simferopol üzərindən Tavriçeskaya İstilik Elektrik Stansiyası istiqamətində uçduğunu qeydə alıblar. Sevastopol, Cankoy, Simferopol və Kerç kimi şəhərlərdə kütləvi elektrik kəsintiləri qeydə alınıb.
Krımda işğal altında olan Simferopolda 20 dəqiqə ərzində 15-dən çox partlayış baş verib. Daha sonra yarımadanın bir neçə şəhərində elektrik kəsildiyi bildirilib. Oxuməni.az xəbər verir ki, bu barədə Krımski Veter-in yaydığı məlumatda deyilir.
"Abunəçilər Simferopol bölgəsində çoxsaylı partlayışların eşidildiyini bildirirlər", - məlumatda qeyd edilir.
Sosial media istifadəçiləri bildirirlər ki, Krım sakinləri Tavriçeskaya İstilik Elektrik Stansiyası yaxınlığında parlaq parıltılar görüblər. Daha sonra reaktiv mühərrikli dronların Simferopol üzərindən Tavriçeskaya İstilik Elektrik Stansiyası istiqamətində uçması qeydə alınıb.
Ateş partizan hərəkatının məlumatına görə, Sevastopol, Cankoy və Simferopol şəhərlərində genişmiqyaslı elektrik kəsintiləri qeydə alınıb. Daha sonra partizanlar əlavə ediblər ki, Kerçdə də elektrik yoxdur.
Əziz MUSTAFA






















.jpg)




























































