Britaniyada 2016-cı ildən bu yana  rekord səviyyədə deportasiya qeydə alınıb

Britaniyada 2016-cı ildən bu yana rekord səviyyədə deportasiya qeydə alınıb

10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Britaniyanın Daxili İşlər Nazirliyi 2016-cı ildən bu yana ölkədə rekord səviyyədə deportasiya qeydə alındığını bildirib. Söhbət təxminən yüz min nəfərdən gedir.

Oxuməni.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb. Hökumətin bildirdiyinə görə, 2024-cü il seçkilərindən bəri Britaniyadan 80 mindən çox insan qovulub ki, bu da seçkidən əvvəlki iki illə müqayisədə 52% çoxdur. Daxili İşlər Nazirliyi deportasiya olunanlar arasında aşağıdakıların olduğunu bildirib:

  • xarici cinayətkarlar;
  • immiqrasiya qanunlarını pozan şəxslər;
  • Britaniyada qeyri-qanuni olan insanlar.
  • Bildirilir ki, deportasiyaların sayı 2016-cı ildən bəri ən yüksək həddə çatıb.Deportasiyaların ümumi sayından:
  • 24 471 nəfər sığınacaqla bağlı geri qaytarılıb;
  • 6103 - kiçik qayıqlarla gələn miqrantlar;
  • 11 733 nəfər qanun pozuntusu törətmiş xarici vətəndaşlardır.

Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud bildirib ki, bu statik məlumatlar açıq siqnaldır - London qanuni gələnləri məmnuniyyətlə qarşılayır və qeyri-qanuni gələnləri və ya qanunları pozanları geri göndərir.

"Mən bilirəm ki, daha çox iş görülməlidir. Buna görə də biz ölkədə qeyri-qanuni yollarla hərəkətləri sürətləndirmək üçün yeni qanunvericiliyə təkan veririk və 2028-ci ilə qədər immiqrasiya mühafizə qruplarımız üçün maliyyəni ikiqat artırırıq" dedi.

Əziz MUSTAFA