Avqustun 21-i Beynəlxalq Terror Qurbanlarını Anma Günüdür
Hər il avqustun 21-i Beynəlxalq Terror Qurbanlarını Anma Günü kimi qeyd olunur.
Oxuməni.az AZƏRTAC- istinadən xəbər verir ki, bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 2017-ci il dekabrın 19-da qəbul etdiyi qətnaməyə əsasən təsis olunub.
Beynəlxalq Terror Qurbanlarını Anma Günü terror aktları nəticəsində zərər çəkmiş, xəsarət almış və həyatını itirmiş minlərlə günahsız insanın xatirəsini yad etmək, sağ qalanlara dəstək göstərmək və onların hüquqlarını müdafiə etmək məqsədi daşıyır.
BMT bildirir ki, müxtəlif növ nifrət ideologiyalarını təbliğ edən terror aktları hər il minlərlə günahsız insanın həlak olmasına, xəsarət almasına və zərər çəkməsinə səbəb olmaqda davam edir: “Terrorizmin beynəlxalq səviyyədə pislənməsinə baxmayaraq, terror qurbanları və sağ qalanlar tez-tez səslərinin eşidilməsi, ehtiyaclarının qarşılanması və hüquqlarının qorunması istiqamətində çətinliklərlə üzləşirlər. Terror hücumunun ilk dalğası səngidikdən sonra qurbanlar tez-tez unudulduqlarını və diqqətdən kənarda qaldıqlarını hiss edirlər ki, bu da onlar üçün ağır fəsadlara gətirib çıxarır. Az sayda üzv dövlət terror qurbanlarının tam bərpa olunması, reabilitasiyası və cəmiyyətə yenidən inteqrasiyası üçün onların orta və uzunmüddətli ehtiyaclarını təmin edəcək resurslara və ya potensiala malikdir. Qurbanların əksəriyyəti fiziki, psixoloji, sosial və maliyyə dəstəyi də daxil olmaqla, yalnız uzunmüddətli və çoxşaxəli kömək vasitəsilə travmalarını dəf edə və bununla bacara bilirlər”.
Eyni zamanda, qeyd olunur ki, terror qurbanlarına dəstək olmaq və onların hüquqlarını qorumaq birinci dərəcəli öhdəlik olaraq üzv dövlətlərin üzərinə düşür. “BMT terror qurbanları ilə həmrəylik nümayiş etdirmək və onlara dəstək vermək, potensialın artırılmasına kömək etmək, şəbəkələr qurmaq, mülki cəmiyyət təşkilatlarına, xüsusilə də qurbanların assosiasiyalarına dəstək olmaq və üzv dövlətləri terror qurbanlarının hüquqlarını təşviq etməyə, qorumağa və hörmət etməyə həvəsləndirməklə Qlobal Əks-Terror Strategiyasının həyata keçirilməsində üzv dövlətlərə dəstək verməkdə mühüm rol oynayır. BMT üzv dövlətlərə və qurbanların assosiasiyalarına terror qurbanlarının ehtiyaclarını daha yaxşı qarşılamaq üçün texniki kömək və potensialın artırılması üzrə dəstək göstərir”, - deyə təşkilat bildirir.
























.jpg)


























































