Diktator Putinin Ukraynada apardığı müharibəyə etiraz edən keçmiş FSB generalı Moskvada intihar edib
Diktator Putinin Ukraynada apardığı müharibəyə etiraz edən keçmiş FSB general-mayoru İqor Laptev Moskvada intihar edib
İqor Laptevin cəsədi mənzilində tapılıb. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya mediasının yaydığı məlumatda deyilir.
83 yaşlı generalın cəsədi 20 avqust günortadan sonra Verxnyaya Krasnoselskaya küçəsindəki bir evdə tapılıb. Onun ölüm səbəbi ilə bağlı hələlik rəsmi məlumat yoxdur. Laptev Rusiyanın Ukraynada apardığı müharibəyə etiraz edən generallardan biri idi. Onun məhz Putinin Ukraynada apardığı müharibəyə etiraz edərək özünü öldüdüyü ehtimal edilir
Laptev Əfqanıstanda döyüş əməliyyatlarında iştirak edib. Daha sonra o, uzun müddət KQB və FSB-də xidmət edib və orada "informasiya təhlükəsizliyi məsələləri" ilə məşğul olub. 1990-cı illərin sonlarında Laptev Vergilər və Rüsumlar nazirinin müavini vəzifəsində çalışıb. 1998-ci ildən bəri "Informtexnika i Svyaz" şirkətinin direktorlar şurasına sədrlik edir.
Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlanğıcından bəri rus generalları arasında bir sıra intihar hadisələri baş verib. Məsələn, may ayında radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin keçmiş rəisi, 87 yaşlı general-polkovnik Stanislav Petrov Moskvada intihar edib. Onun da diktator Putinin Ukrayna qırğınına etiraz olaraq özünü öldürdüyü barədə müxtəlif söhbətlər gəzir.
2022-ci ilin iyul ayında təqaüddə olan FSB general-mayoru Yevgeni Lobaçev Moskvada vəfat edib. Onun cəsədi binanın pilləkənində tapılıb. Ölüm səbəbi iddialara görə intihar olub. 2023-cü ilin avqustunda Şərq Hərbi Dairəsinin keçmiş komandanı və Rusiya Federasiyasının keçmiş müdafiə nazirinin müavini general-polkovnik Gennadi Jidko da intihar edib. Bütün bunların isə təsadüfi olduğuna inanmaq sadəlövhlük olardı...
Əziz MUSTAFA

.jpg)
.jpg)
.jpg)








.jpg)




.jpg)
















.jpg)















































