Belçikada baş verən meşə yanğınında İkinci Dünya Müharibəsi dövrünə aid mərmilər partladı
Belçikanın cənub-şərqində baş verən böyük meşə yanğınında İkinci Dünya Müharibəsi dövrünə aid təxminən 10 mərmi partladı. Oxuməni.az xəbər verir ki, bu barədə Radio Kontakt Liège əyalətinin səlahiyyətlilərinə istinadən bildirib.
Məlumatda deyilir: "Keçən həftə Hautes-Fagnes təbiət qoruğunda baş verən yanğın zamanı yerli sakinlər tərəfindən eşidilən partlayış səsləri İkinci Dünya Müharibəsindən qalmış mərmilərin nəticəsidir".
Jurnalistlər əlavə ediblər ki, partlayışlar yanğınsöndürənlər üçün heç bir təhlükə yaratmayıb. Onların sözlərinə görə, təcili yardım xidmətləri mərmilərin qala biləcəyi ərazilərdən xəbərdardır.
16 avqustda RTL Belçikanın şərqindəki Ardennesdəki High Fens Təbiət Qoruğunda baş verən meşə yanğınının 24 saat ərzində təxminən ikiqat artaraq 3000 hektara çatdığını və bu, ölkə tarixində ən böyük yanğın olduğunu bildirib. Yanğının söndürülməsi üçün Belçika, Lüksemburq və Almaniyadan yanğınsöndürənlər cəlb edilib. Xilasetmə işlərinə fermerlər, ordu bölmələri və hava qüvvələrinin şəxsi heyəti də dəstək verir.
Əziz Mustafa


































.jpg)
.jpg)
.jpg)




.jpg)

.jpg)


.jpg)

.jpg)
.jpg)
























.jpg)








