Krasnodar diyarı və Rostov vilayətinə dronlar hücum edib: Neft emalı zavodunun ərazisində yanğın baş verib

Krasnodar diyarı və Rostov vilayətinə dronlar hücum edib: Neft emalı zavodunun ərazisində yanğın baş verib

07:48
Bəyəndim (0) Bəyənmədim (0)


Avqustun 25-nə keçən gecə Rusiya Federasiyasının Krasnodar diyarı və Rostov vilayəti növbəti dəfə hücuma məruz qalıb. Şəhərlərdən birində baş verən partlayışlardan sonra ilk olaraq neft emalı zavodlarından birində yanğın baş verib.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları məlumat yayıb. Hücum əvvəlcə Rostov vilayətində başlayıb. Təxminən Bakı vaxtı ilə saat 03:10-da OSINT kanalları Novoşaxtinskdə neft emalı zavoduna hücumun baş verdiyini yazıb. Bir az sonra, təxminən saat 04:40-da Krasnodar bölgəsi hücuma məruz qaldı. Daha sonra isə məlum olub ki, Afipski neft emalı zavodunun ərazisində yanğın baş verib və partlayışlar eşidilib.
Xatırladaq ki, avqustun 14-də məlum olub ki, avqustun əvvəlindən Ukrayna pilotsuz təyyarələri Rusiyanın iri neft emalı zavodlarının demək olar ki, üçdə birinə hücum edib.

Avqustun 21-də Rusiya Permdəki neft emalı zavodunun işini müvəqqəti dayandırıb.

Əziz MUSTAFA