Pentaqon İran yaxınlığında böyük hərbi gəmi qruplaşmasını saxlamaqda davam edir
İran yaxınlığında operativ tapşırıqları yerinə yetirməkdə davam edən ABŞ Hərbi Dəniz Qüvvələrinin qruplaşması hazırda azı 20 döyüş gəmisindən ibarətdir. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun məlumat xidmətinin hesabatında bildirilir.
Məlumata görə, Ərəb dənizində, İran sahillərinin cənub-şərqində iki təyyarədaşıyan gəmi — "USS George Bush" və "USS George Washington" döyüş növbətçiliyi çəkir. Sonuncu ötən həftə ABŞ-dakı bazasına qayıdan "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisini əvəz etmək üçün regiona gəlib. Bu gəmilərdə ümumilikdə 100-dən çox qırıcı, radioelektron mübarizə və uzaq mənzilli radar aşkaretmə təyyarələri yerləşdirilib.
Təyyarədaşıyan gəmilərlə yanaşı, regionda, o cümlədən Hörmüz boğazının şərqindəki Oman körfəzində 1,6 min km mənzilli "Tomahawk" qanadlı raketləri ilə təchiz edilmiş bir kreyser və 12 esmines yerləşdirilib. Daha iki raket esminesi isə Qırmızı dəniz və Hind okeanındadır.
Oman körfəzində, həmçinin üç böyük desant gəmisindən ibarət amfibiya-desant qrupu var. Bu gəmilərin göyərtəsində təxminən 2,2 min hərbi qulluqçudan ibarət 11-ci dəniz piyadaları ekspedisiya dəstəsi, eləcə də iki eskadron şaquli qalxıb-enən F-35 qırıcıları, konvertoplanlar, zərbə və nəqliyyat helikopterləri, habelə desant katerləri yerləşdirilib.
Bundan əlavə, İran yaxınlığında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin qruplaşmasına ekspedisiya dəniz bazası funksiyasını yerinə yetirən "USS Miguel Keith" gəmisi də daxildir.
Döyüş patrulu ilə yanaşı, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri İran limanlarının dəniz blokadası rejiminin təmin edilməsində də iştirak edir.
Almaz Həsənli






















































.jpg)
.jpg)
.jpg)




.jpg)

.jpg)


.jpg)

.jpg)
.jpg)













