London Kiyevə Storm Shadow raketlərinin istehsalı üçün məxfi texniki məlumatları verib

London Kiyevə Storm Shadow raketlərinin istehsalı üçün məxfi texniki məlumatları verib

13:12
Bəyəndim (1) Bəyənmədim (0)

Böyük Britaniyanın Baş naziri Endi Börnhem Kiyevə ilk səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenskiyə Storm Shadow raketlərinin komponentlərinə dair «məxfi çertyojları» təqdim edib. Oxuməni az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti məlumat yayıb.

Bu çertyojlar sayəsində Ukrayna raketlərin öz istehsalını təşkil edə biləcək. Zelenski ilə görüşdə Börnhem bildirib ki, Ukrayna xalqı Londonun Kiyevə «lazım olduğu qədər» yardım göstərməyə davam edəcəyinə şübhə etməməlidir.

Baş nazir Böyük Britaniyanın Ukraynanın inkişafına verdiyi töhfə ilə fəxr etdiyini qeyd edib.

«Mən istəyirəm ki, Ukrayna xalqı bunu birbaşa məndən eşitsin: bizim dəstəyimiz zəifləməyəcək. Nəhayət, Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir», — deyə Börnhem bildirib.

Storm Shadow — Böyük Britaniya və Fransanın MBDA Missile Systems konserni tərəfindən istehsal olunan uzaqmənzilli qanadlı raketdir. Bu sursat mühafizə olunan hədəfləri məhv etmək üçün nəzərdə tutulub. London bu raketləri 2023-cü ildən Kiyevə tədarük edir.

Almaz Həsənli