Manhettenin mərkəzində göydələn-həbsxana tikiləcək

Manhettenin mərkəzində göydələn-həbsxana tikiləcək

15:08
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Nyu-York şəhərinin mərkəzində, Manhettendə təxminən 3,9 milyard dollar dəyərində 16 mərtəbəli həbsxana tikilməsi planlaşdırılır. Oxuməni.az xəbər verir ki, bu barədə "New York Post" (NYP) məlumat yayıb.

Layihə "Rikers Island" həbsxana kompleksinin bağlanması və şəhər məhkəmələrinin yaxınlığında dörd yeni müəssisənin yaradılmasını nəzərdə tutan 16 milyard dollarlıq genişmiqyaslı proqramın bir hissəsidir. Qeyd olunur ki, Çaynataun (meqapolisin Çin məhəlləsi) sakinləri genişmiqyaslı yeraltı işlərin qonşu binalara zərər verə biləcəyindən ehtiyat edərək tikintiyə qarşı çıxıblar.

Layihənin əleyhdarları Nyu-Yorkun meri Zohran Mamdaniyə və digər şəhər rəsmilərinə yerli təşkilatların 18 nümayəndəsi tərəfindən imzalanmış məktub göndəriblər. Onlar xəbərdarlıq ediblər ki, tikinti sahəsi Manhettenin tarixi su hövzəsi olan keçmiş "Collect Pond"-un yumşaq və su ilə doymuş torpağında yerləşir.

Yerli sakinlərin fikrincə, torpağın dərin qazılması və qrunt sularının çəkilməsi yerin çökməsinə səbəb ola bilər. Bu isə öz növbəsində yaxınlıqdakı evlər, müəssisələr və tarixi binalar üçün təhlükə yarada bilər.

Xüsusilə, bir çoxu taxta bünövrə üzərində tikilmiş köhnə binalar narahatlıq doğurur. Bu binalar su altında qaldıqları üçün qorunub saxlanılır. Fəallar iddia edirlər ki, əgər qrunt sularının səviyyəsi aşağı düşərsə, taxta çürüməyə başlaya bilər. Çaynataun nümayəndələri bildiriblər: "Təhlükə zonasındakı binalar bizim evlərimiz, kiçik biznes obyektlərimiz, Bakster küçəsindəki tarixi binalar və Çunq Pak qocalar evidir".

Almaz Həsənli