ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Vnukovo hava limanına sirli eniş edib
Bu gün Amerika hərbi təyyarəsi Rusiyanın Vnukovo hava limanına sirli eniş edib. Oxuməni.az xəbər verir ki, bu barədə FlightRadar-ın məlumatında deyilir. Real vaxt rejimində uçuş izləmə xidməti sayəsində sözügedən təyyarənin Amerika Boeing C-17 Globemaster III olduğu müəyyən edilib. Onun quyruq nömrəsi də açıqlanıb: RCH4555. Təyyarə Riqadan yola düşüb və Moskvanın Vnukovo hava limanına eniş edib.
Qeyd etmək lazımdır ki, o, əvvəllər Latviya paytaxtına ABŞ-ın Endryus Hərbi Hava Qüvvələri bazasının yerləşdiyi Kemp Sprinqsdən gəlmişdi. Yeri gəlmişkən, ABŞ prezident təyyarəsi olan Air Force One burada yerləşir.
Bu arada Rusiya diktatoru Vladimir Putinin sözçüsü Dmitri Peskov bu məsələ ilə bağlı rəsmi açıqlama verib. Peskov bildirib ki, Rusiya hakimiyyəti ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Moskvaya gəlişi barədə heç bir məlumata malik deyil. Kreml sözçüsü həmçinin iddia edir ki, bu həftə ABŞ administrasiyasının rəsmiləri ilə görüşmək planı yoxdur.
Əziz MUSTAFA



































































.jpg)
.jpg)
.jpg)




.jpg)









