Dmitri Peskov Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Retkliffin Moskvaya səfərinin məqsədini açıqlayıb
MKİ direktoru Con Retkliffin Moskvaya səfərinin məqsədi "xüsusi xidmət orqanları arasında təmaslar" olub. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "The Washington Post" (WP) nəşrinə açıqlamasında bildirib.
Daha sonra TASS-a verdiyi müsahibədə Peskov Retkliff ilə Rusiya prezidenti Vladimir Putin arasında hər hansı təmasın planlaşdırılmadığını qeyd edib. "Putinlə təmaslar nəzərdə tutulmamışdı", - deyə o bildirib.
Retkliffin Rusiya paytaxtına səfəri barədə daha əvvəl CBS-in müxbiri Cennifer Ceykobs və "Axios"un müxbiri Barak Ravid məlumat vermişdilər.
Bu arada, "Financial Times"ın (FT) müxbiri Kristofer Miller mənbələrə istinadən xəbər verib ki, ABŞ prezidenti Donald Trampın nümayəndələri Kiyevdən avqustun 24-26-da Moskva, Sankt-Peterburq və Rusiyanın şimal regionlarına zərbələr endirməməyi xahiş ediblər. "RBK-Ukrayna" da öz mənbələrinə istinadən "həmin günlərdə" belə bir xahişin olduğunu yazıb.
FT-nin həmsöhbətlərinin məlumatına görə, Vaşinqton bu xahişi Moskvaya yüksək vəzifəli amerikalı məmurun olduğu təyyarəni göndərmək planları ilə izah edib. Ukrayna göstərilən dövrdə zərbələr endirməməyə razılaşıb.
Retkliffin səfəri ilə bağlı məlumat Moskva hava limanında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Boeing C-17A Globemaster III" hərbi-nəqliyyat təyyarəsinin və CBS-in qeyd etdiyi kimi, Amerika diplomatik kortejinin görünməsindən sonra yayılıb. Bununla belə, ABŞ və Rusiya gələn şəxsin kimliyini açıqlamayıb.
"Flightradar24" xidmətinin məlumatına görə, bort nömrəsi RCH4555 olan "Boeing C-17 Globemaster III" təyyarəsi avqustun 25-də Bakı vaxtı ilə saat 09:50 radələrində Riqa hava limanından havaya qalxıb və təxminən saat 11:04-də Vnukovo hava limanına eniş edib. Axşam saatlarında təyyarə hava limanını tərk edib.
Almaz Həsənli

















.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)































































