Məhkəmə Ermənistanın keçmiş prezidenti Köçəryanın oğlunu həbs edib
İrəvan məhkəməsi Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla birlikdə rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə işi üzrə saxlanılan oğlu Sedrak Köçəryanı iki ay müddətinə həbs edib. Oxuməni az "RİA Novosti"nin məlumatına istinaədən xəbər verir ki, bu barədə vəkil Aleksandr Koçubayev bildirib.
"Biz hüquqdan kənar təqiblə üz-üzəyik, çünki bəzi hallarda iddia müddəti keçib, bəzi hallarda isə ittihamlar uydurmadır. Demək olar ki, biz qanunsuz siyasi konteksti olan təqiblə qarşılaşmışıq", - deyə vəkil qeyd edib.
Respublikanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi siyasətçi və oğlunun İrəvanda saxlanıldığını açıqlayıb. Prokurorluğun məlumatına görə, keçmiş prezidentə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və çirkli pulların yuyulması maddələri ilə cinayət işi açılıb. İş üzrə digər fiqurantlar arasında keçmiş prezident Serj Sarkisyan, İrəvanın keçmiş meri Qaqik Beqlaryan, 2007-ci ildə vəfat etmiş keçmiş baş nazir Andranik Markaryan və daha altı nəfər var. Respublikanın Baş Prokurorluğu bildirib ki, istintaq Köçəryanın 2004-2009-cu illərdəki prezidentlik dövrünü əhatə edir.
Almaz Həsənli

















.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)































































