Peterburqda avtomobil partladılıb, rusiyalı hərbçi ölub

Peterburqda avtomobil partladılıb, rusiyalı hərbçi ölub

14:45
Bəyəndim (1) Bəyənmədim (0)

Sankt-Peterburqda, Kolpinsk şossesində avtomobildə kustar üsulla hazırlanmış partlayıcı qurğu işə düşüb. Oxuməni az xəbər verir ki, bu barədə "Fontanka" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, avtomobildə hərbçi və onun həyat yoldaşı olub. Kişi hadisə yerindəcə həlak olub, qadın isə xəstəxanaya yerləşdirilib. "Fontanka" iddia edir ki, partlayış nəticəsində cütlüyün ayaqları qopub. Nəşr yazır ki, həlak olan şəxs polkovnik-leytenant rütbəsində olub.

Partlayış avqustun 27-si səhər saatlarında "Maqnit" mağazasının yaxınlığında baş verib. Şahidlərin sözlərinə görə, saat 10 radələrində hərbçi həyat yoldaşı ilə birlikdə evlərindən çıxarkən avtomobildə partlayıcı qurğu işə düşüb.

"Agentstvo" nəşrinin qeyd etdiyi kimi, partlayış hərbçilər üçün yaşayış binalarının intensiv şəkildə tikildiyi mikrorayonda baş verib. 2010-cu ildə hərbçilər üçün tikilən mənzillərə baxış keçirmək üçün həmin vaxt baş nazir vəzifəsini tutan Vladimir Putin də bu əraziyə gəlmişdi.

Almaz Həsənli