ABŞ Venesuelanın neft ehtiyatlarının bir hissəsinə sahib olmağa yaxındır
ABŞ administrasiyası Venesuela hakimiyyəti ilə ölkənin neft-qaz ehtiyatlarının bir hissəsinin Birləşmiş Ştatların mülkiyyətinə verilməsi məsələsi ilə bağlı danışıqların son mərhələsindədir. Oxuməni.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Amerikalı rəsmilərdən alınan məlumata görə, "Tramp administrasiyası Venesuelanın müvəqqəti hökuməti ilə bu Cənubi Amerika ölkəsinin əhəmiyyətli neft ehtiyatlarında pay əldə etmək imkanlarını müzakirə edir".
Mənbələrdən biri qeyd edib ki, "Tramp həm ABŞ, həm də bütün qitə üçün Amerikanın enerji gələcəyini uzun nəsillər üçün təmin etməyə çalışır".
Digər bir mənbə isə əlavə edib ki, "bu sövdələşməni sadəcə böyük adlandırmaq onun miqyasını kiçiltmək deməkdir".
Nəşrdə vurğulanır ki, bu sövdələşmə nəticəsində ABŞ-ın neft ehtiyatları iki dəfədən çox arta bilər. Venesuelada gündəlik 90 milyon barelə qədər neft verə biləcək "onlarla" neft yatağı müzakirə olunur. Bu yataqların bir hissəsi əvvəllər ittihamlarla üzləşən venesuelalıların mülkiyyətində olub, digər hissəsinin isə Çinin nəzarətində olduğu iddia edilir. Gözlənilir ki, potensial razılaşmalar Amerika şirkətləri tərəfindən Venesuelaya xidmətlərin göstərilməsini də əhatə edəcək.
Almaz Həsənli


















































































