Türkiyənin ÇAKIR raketi sınaqlardan uğurla keçib

Türkiyənin ÇAKIR raketi sınaqlardan uğurla keçib

16:10
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyənin müdafiə şirkəti ROKETSAN ÇAKIR qanadlı raketinin yeni versiyasının sınaqlarını uğurla keçirib. Quru platformasından həyata keçirilən iki buraxılış zamanı raket həm quru, həm də dəniz hədəfini məhv edib. Oxuməni.az xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.

Yenilənmiş ÇAKIR raketi yeni infraqırmızı özütuşlama başlığı (IIR) ilə təchiz edilib. Sınaqlar həmçinin təkmilləşdirilmiş yanacaq sistemi sayəsində uçuş məsafəsinin artırıldığını təsdiqləyib.

Buraxılışlar raketin müxtəlif tipli hədəfləri vurmaq qabiliyyətini nümayiş etdirib və onun bir neçə platforma növündən istifadə imkanını təsdiqləyib.

ÇAKIR aşağı radar görünənliyinə və yüksək dəqiqliyə malikdir. Müasir naviqasiya sistemləri raketdən müxtəlif hava şəraitində istifadə etməyə imkan verir.

Raket həmçinin düşmənin radioelektron və digər əks-təsir vasitələrinə qarşı müdafiə sistemləri ilə təchiz olunub. Sistemə hədəfə təkrar hücum, məlumat ötürmə kanalı vasitəsilə hədəfin koordinatlarının yenilənməsi və döyüş tapşırığının ləğv edilməsi funksiyaları daxildir.

Almaz Həsənli