Türkiyə və İsrail Xarici İşlər Nazirlikləri sərt şəkildə biri-birlərini ittiham ediblər

Türkiyə və İsrail Xarici İşlər Nazirlikləri sərt şəkildə biri-birlərini ittiham ediblər

07:57
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail siyasəti ilə bağlı açıqlamalarından sonra Türkiyə və İsrail arasında yeni bir söz müharibəsi başlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə Haberler-in yaydığı məlumatda deyilir.

28 avqustda İstanbulda Mövlud Həftəsi münasibətilə keçirilən tədbirdə çıxış edən Ərdoğan "müharibəyə meyilli" İsrail hökumətinin regionu sabitsizləşdirməyə çalışdığını bildirib. O, həmçinin sionizmi "radikal, işğalçı və soyqırım ideologiyası" adlandırıb.

Buna cavab olaraq İsrail Xarici İşlər Nazirliyi Ərdoğanı antisemit adlandırıb və onu yəhudi dövlətinə qarşı nifrət qızışdırmaqda ittiham edib. İsrail tərəfi həmçinin iddia edib ki, Türkiyə prezidenti diqqəti həm ölkə daxilində, həm də regionda etdiyi hərəkətlərdən yayındırmağa çalışır, onu HƏMAS-ı dəstəkləməkdə və qonşu dövlətlərin işlərinə müdaxilə etməkdə ittiham edib.

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin açıqlamalarını "yalan və böhtan", Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökuməti isə "cinayətkar" adlandıraraq cavab verdi. Ankara həmçinin Netanyahunu və onun "cinayətkar şəbəkəsini" Qəzzada soyqırımda günahlandırdı və onların siyasi və hüquqi toxunulmazlığının yoxa çıxdığını bildirdi.

Türkiyə Xarici İşlər Nazirliyi həmçinin İsrail dövlət qurumlarının işini Cozef Gebbelsin təbliğat maşını ilə müqayisə etdi və beynəlxalq ictimaiyyətin artıq Netanyahu hökumətinin açıqlamalarına inanmadığını bildirdi.

Əziz Mustafa