Böyük Kanyon daşqınından sonra 20-dən çox insan itkin düşüb

Böyük Kanyon daşqınından sonra 20-dən çox insan itkin düşüb

10:01
Bəyəndim (1) Bəyənmədim (0)

Böyük Kanyon Milli Parkında baş verən qəfil daşqından sonra 62 nəfər təxliyə edilib və qalanları üçün axtarış davam edir.
Oxuməni.az xəbər verir ki, bu barədə DPA-nın məlumatında deyilir. Qeyd edilir ki, Arizona ştatındakı Böyük Kanyon Milli Parkının bir hissəsini əhatə edən qəfil daşqından sonra 20-dən çox insan itkin düşüb.
ABŞ Milli Park Xidməti ictimaiyyəti Brayt Angel Kanyonu və Phantom Ranch ərazilərində baş verən daşqından sonra itkin düşmüş ola biləcək insanlar haqqında hər hansı bir məlumat verməyə çağırıb.
Milli Park Xidmətinin məlumatına görə, daşqın suları Brayt Angel Kanyonunun əhəmiyyətli bir hissəsinə ziyan vurub. Brayt Angel Krik üzərindəki demək olar ki, bütün piyada körpüləri dağılıb və bu da piyadaların girişini qeyri-mümkün edib.

Fantom Ranço ərazisindən və Şimali Kaibab cığırının aşağı hissəsindən altmış iki nəfər təxliyə edilib. Hakimiyyət orqanları təxliyəni davam etdirməyi planlaşdırır. Hazırda xəsarət alanlar barədə məlumat yoxdur.

Əziz MUSTAFA