Sony və Warner Anthropic-i məhkəməyə verib və onu "açıq-aşkar oğurluqda" ittiham edib
"Sony Music" və "Warner Music" səsyazma şirkətləri süni intellekt (Sİ) hazırlayan Amerika şirkəti "Anthropic"ə qarşı iddia qaldırıb. Oxuməni.az-ın "Kommersant"-a istinadən verdiyi məlumata görə, bu barədə "Axios" xəbər yayıb.
İddiaçılar şirkəti "tarixdə intellektual mülkiyyət oğurluğunun ən genişmiqyaslı və açıq-aşkar davam edən hallarından birində" ittiham edirlər. Onların sözlərinə görə, "Anthropic" öz süni intellektini təlimatlandırarkən müəllif hüquqları ilə qorunan on minlərlə musiqi əsərindən istifadə edib. İddiaçılar hər bir əsərə görə 150 min dollar təzminat tələb edirlər.
"Axios" yazır ki, bu proses "musiqi, süni intellekt və yeni texnoloji dövrdə intellektual hüquqların necə qoruna biləcəyi ilə bağlı çoxillik mübarizədə ilk zərbə" ola bilər. "Anthropic" artıq iddia ilə razılaşmadığını və məhkəmədə öz mövqeyini müdafiə edəcəyini bəyan edib.
Qeyd edək ki, 2025-ci ilin sentyabrında "Anthropic" bu tipli işlər üzrə ən böyük razılaşmalardan birini bağlamışdı. Şirkət müəllif hüquqlarının pozulması və neyron şəbəkələrinin təlimi üçün kitabların pirat nüsxələrindən istifadə etdiyinə görə naşirlərə və müəlliflərə 1,5 milyard dollar ödəməyə razılaşmışdı.
Almaz Həsənli



















































































