Bill Qeyts süni intellektin cəmiyyət üçün əsas təhdidlərini açıqlayıb

Bill Qeyts süni intellektin cəmiyyət üçün əsas təhdidlərini açıqlayıb

16:13
Bəyəndim (0) Bəyənmədim (0)

Bill Qeyts süni intellekt texnologiyalarının sürətli inkişafına və onların qlobal cəmiyyətə təsirinə həsr olunmuş proqram xarakterli esse dərc edib. Oxuməni.az xəbər verir ki, esse Gates Notes saytında dərc edilib.

BILD nəşrinin məlumatına görə, texnomilyarder vurğulayıb ki, yaxın onillikdə dünya əmək bazarında hüquq, tibb, müştəri xidmətləri, proqramlaşdırma və sənaye sahələrinə təsir edəcək görünməmiş dəyişikliklərlə üzləşəcək.

Qeyts bir çox peşənin əbədi olaraq yox olacağını qeyd edib və bununla əlaqədar olaraq, insanın müstəsna hüququ kimi qalmalı olan sahələri ifadə etmək üçün "Human Reserved" (İnsan üçün nəzərdə tutulmuş) termininin tətbiqini təklif edib. O, buna nümunə olaraq ağır xəstələrə emosional qulluğu və həssas tibbi prosedurların icrasını göstərib, səmimi qayğı və empatiyanın göstərilməsində əvəzolunmaz bir insan amilinin olduğunu vurğulayıb. Milyarder öz materialında təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayırıb.

Onun sözlərinə görə, süni intellekt bioloji silahların hazırlanmasını və insanın iştirakı olmadan ölümcül güc tətbiq etmək barədə qərar qəbul edə bilən avtonom silah sistemlərinin yaradılmasını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər.

Qeyts əlavə təhdidlər kimi daha ucuz və effektiv olacaq genişmiqyaslı izləmə və ictimai rəyin manipulyasiyasını da qeyd edib.

"New York Times"a müsahibəsində "Microsoft"un qurucusu həmçinin aparıcı İT şirkətlərinin rəhbərliyini tənqid edərək, onları investisiya cəlb etmək naminə riskləri qəsdən azaltmaqda ittiham edib. "Süni intellekt ya indiyədək ixtira edilmiş ən böyük bərabərləşdirici, ya da ən pis ədalətsizlik mənbəyi olacaq", - deyə Qeyts qarşıdan gələn keçid dövrünü bəşər tarixinin ən çılğın dövrlərindən biri kimi xarakterizə edərək yekun vurub.

Almaz Həsənli