Kreml Putinlə Paşinyanın Bişkekdəki görüşünün təfərrüatlarını açıqlayıb

Kreml Putinlə Paşinyanın Bişkekdəki görüşünün təfərrüatlarını açıqlayıb

19:58
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya Prezidenti Vladimir Putin Bişkekdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı İrəvanın Aİ-yə qoşulmaq istəyini müzakirə etmək fürsətindən istifadə edəcək. Oxuməni. az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

"Ali səviyyədə hər bir təmas vacibdir. Prezident, əlbəttə ki, bu görüşdən bizim arqumentlərimizi bir daha yeniləmək üçün istifadə edəcək", - deyə Peskov Putinin və Paşinyanın qarşıdan gələn görüşünün Ermənistanın Rusiyadan uzaqlaşmasını dayandırmağa kömək edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən jurnalistlərə bildirib.

"Biz ermənilərdən daha çox erməni ola bilmərik. Və təbii ki, öz taleləri ilə bağlı qərarı ermənilərin özləri verəcəklər. Biz də onlara məhz bunu – referendum keçirməyi təklif edirik. Onlara bunu həmçinin Astanadakı son sammitdə müvafiq bəyanatı qəbul etmiş Aİİ dövlət başçıları da təklif ediblər. Bütün bunlar barədə söhbət gedəcək", - deyə o qeyd edib.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti avqustun 31-dən sentyabrın 1-dək Bişkekdə keçiriləcək. Sammitdə ŞƏT-ə üzv dövlətlərin başçıları, habelə müşahidəçi ölkələrin, dialoq tərəfdaşlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

Almaz Həsənli