Tramp İrana qarşı nüvə silahından istifadəni istisna edib

Tramp İrana qarşı nüvə silahından istifadəni istisna edib

16:15
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalını tamamilə istisna etdiyini bəyan edib.

Oxuməni. az xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərə məlumat verib, onun çıxışı administrasiyanın YouTube kanalında yayımlanıb.

ABŞ prezidenti vurğulayıb ki, Vaşinqton nüvə zərbəsini Tehrana təzyiq vasitəsi kimi nəzərdən keçirmir və bu məsələ gündəlikdən çıxarılıb. Onun sözlərinə görə, mövcud vəziyyətdə belə tədbirlərin nə strateji, nə də taktiki mənası var.

"Belə bir addım üçün heç bir əsas yoxdur", - deyə Tramp yekunlaşdırıb.

Bununla yanaşı, Tramp eyni çıxışı zamanı ABŞ-ın İran ərazisinə zərbələr endirməyə davam edə biləcəyini istisna etməyib. Amerika prezidenti həmçinin İranın tənəzzül dövrünü yaşadığını, ölkə rəhbərlərinin "ölü" olduğunu, respublikanın Hərbi Hava Qüvvələri və donanmasının isə artıq mövcud olmadığını iddia edib.

Almaz Həsənli