Rostovda aerodromda baş verən bir sıra partlayışlardan sonra böyük yanğın baş verib
17 sentyabr gecəsi Rusiyanın Rostov şəhərində baş verən böyük yanğın zamanı bir sıra partlayış səsləri eşidilib, güclü yanğın başlayıb. Məlumata görə, dronların hərbi aerodroma hücum edildiyi ehtimal olunur.
Oxuməni.az xəbər verir ki, bu barədə Telegram monitorinq kanallarının yaydığı məlumatda deyilir. Şəhərdə dronlara qarşı hava hücumundan müdafiə kiçik silahlarından istifadə olunur. Aerodroma dron hücumu zamanı həyacan siqnalları eşidilib, ərazidən havaya qatı tüstü yayılıb.
Xatırladaq ki, bu, Rostov-na-Donu aerodromuna edilən ilk hücum deyil - Ukrayna Müdafiə Qüvvələri əvvəllər 6 sentyabrda obyektə zərbə endirmişdi. 29 avqustda isə texnologiya nəhəngi DNS-ə məxsus qatar Rostov-na-Donuda dron hücumundan sonra alovlandı.
Bundan əvvəl, 27 iyulda dronlar Rostova hücum etmiş və monitorinq mənbələrinə görə, dəmir yolu infrastrukturu və yerli limana zərbələr endirilmişdi.
Əziz MUSTAFA




















































































