Cənubi Koreya koronavirus infeksiyasının ikinci dalğasının olacağını açıqladı
Cənubi Koreya koronavirus infeksiyasının ikinci dalğasının olacağını açıqlayıb.
Oxuməni.az Rian.ru-ya istinadən xəbər verir ki, Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və profilaktika mərkəzləri Təşkilatının (CDC) rəhbəri Çon In Gen Seulda və onun ətrafında koronavirusa yoluxmanın ikinci dalğasının qeydə alındığını bildirib.
"Biz əvvəlcə ikinci dalğanın payızda və ya qışda başlayacağına inanırdıq. Ancaq proqnozlarımız səhv oldu. İnanırıq ki, insanlar başqaları ilə sıx təmasda olduqları müddətdə infeksiyanın yayılması davam edəcək", — deyə Renhap agentliyi bildirir.
Çen Inın fikrincə, Seulda yaşanan ikinci dalğa, güman ki, may ayının əvvəlində klaster infeksiyalarının bir neçə halından başlayıb.
Cənubi Koreya paytaxtının Administrasiyası xəbərdarlıq edib ki, yaxın üç gün ərzində yeni yoluxmaların sutkalıq artımı orta hesabla 30 nəfəri ötərsə və ya xəstəxanalar 70% - dən çox dolarsa, şəhərdə yenidən ciddi sosial məsafə rejimi tətbiq edə bilər.
Oxuməni.az


























































.jpg)
.jpg)
.jpg)






















