Lavrov: "Rusiya Venesuelanı xarici diktata qarşı dəstəkləyəcək"

Lavrov: "Rusiya Venesuelanı xarici diktata qarşı dəstəkləyəcək"

24 İyun 2020 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Venesuelanı xarici diktata və ölkədə güc yolu ilə hakimiyyət dəyişikliyi cəhdlərinə qarşı dəstəkləyəcək.

Oxuməni.az Russian.rt.com-a istinadən xəbər verir ki, bu barədə o, Venesuelanın xarici işlər naziri Jorge Arreas ilə Moskvada keçirilən görüşdə bildirib.

"Biz sizin xarici diktata müqavimət göstərmək, suveren ölkənin daxili işlərinə kobud müdaxilə etmək, rejimin güc yolu ilə dəyişdirilməsinə yol verməmək cəhdlərinə qarşı durmaq əzminizlə daim həmrəylik nümayiş etdiririk", — deyə Lavrov bildirir.

Lavrov həmçinin qeyd edib ki, Moskva Venesuela prezidenti Nikolas Maduronun Venesuela müxalifəti ilə milli dialoqun inkişafı ilə bağlı mövqeyini dəstəkləyir.

Venesuelanın xarici işlər naziri Jorge Arreasın başçılıq etdiyi hökumət nümayəndə heyəti iyunun 24-də Moskvada keçirilən Qələbənin 75-ci ildönümü münasibətilə keçirilən şənliklərdə iştirak edib.

Oxuməni.az