Terrorçular Pakistanın ən böyük birjasına hücum ediblər

Terrorçular Pakistanın ən böyük birjasına hücum ediblər

29 İyun 2020 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

Terrorçular qumbara və tapança ilə Karaçi Fond Birjasına (KSE) hücum ediblər.

Oxuməni.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Reuters bildirir.

Agentlik bildirib ki, gümüşü rəngdə Toyota Corolla avtomobil ilə gələn 4 terrorçu məhv edilib. Ən azı bir nəfərin və iki dinc sakinin ölümü barədə məlumat verilir, daha bir neçə nəfər yaralanıb. Məlumdur ki, binada bir neçə özəl bankın baş ofisləri də yerləşir.

Ölkənin ən böyük birjasına hücum üçün məsuliyyət artıq bu vilayət üçün muxtariyyət uğrunda mübarizə aparan "Bəlucistan Azadlıq Ordusu" qruplaşması tərəfindən öz üzərinə götürülüb.

Oxuməni.az