Peskov Putin və Lukaşenko arasında söhbətə münasibət bildirib

Peskov Putin və Lukaşenko arasında söhbətə münasibət bildirib

9 İyul 2020 15:43
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya və Belarusun ittifaq müqaviləsinin həyata keçirilməsi mövzusu gündəmdədir, müxtəlif səviyyələrdə müzakirə olunur, inteqrasiyanın bütün mərhələləri yazılır.

Oxuməni.az Rian.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Orada müəyyən fəaliyyət ardıcıllığı var, artıq çoxdan işlənib-hazırlanan yol xəritələrinin müəyyən dəsti var. Bundan başqa, ittifaq müqaviləsində də inteqrasiya ilə bağlı hərəkətlərin müəyyən ardıcıllığı və mərhələli olması nəzərdə tutulur. Bu mövzular həqiqətən də var və gündəlikdədir və onlar həqiqətən də ən müxtəlif səviyyədə müzakirə olunur", - deyə Peskov jurnalistlərin il yarım bundan əvvəl prezidentlər Putin və Lukaşenko arasında iki dövlətin birləşdirilməsi barədə söhbətin aparıldığı barədə Aleksey Venediktovun məlumatını şərh etmək xahişinə cavabında bildirib.

Oxuməni.az