Peskov: “Sərhədlər qarşılıqlı prinsip əsasında açılacaq”
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya sərhədlərinin açılması ilə bağlı əlaqələr hazırda gedir, onlar qarşılıqlı prinsip əsasında açılacaq.
Oxuməni.az Russian.rt.com-a istinadən xəbər verir ki, Peskovun dediyinə görə hökumət və qərargah digər dövlətlərlə əlaqə saxlayır.
"Təbii ki, sərhədlərin açılması qarşılıqlı münasibətlər əsasında həyata keçiriləcək, məlum olduğu kimi, indi əlaqələr qərarlar qəbul olunana qədər həyata keçirilir", - deyə Peskov bildirib.
Bundan əvvəl Çin XİN-də bildirmişdi ki, Pekin iyulun 15-dən etibarən Rusiyanın beynəlxalq hava daşımalarına dair məhdudiyyətləri tədricən aradan qaldırdığını bildirdikdən sonra, hava əlaqəsinin bərpası məsələsində Moskva ilə əlaqə saxlayır.
Oxuməni.az
Digər xəbərlər






















































.jpg)
.jpg)
.jpg)



























