Zelenski: "Donbass üzrə danışıqlar Minskdə etirazlara görə dayandırılmayacaq"

Zelenski: "Donbass üzrə danışıqlar Minskdə etirazlara görə dayandırılmayacaq"

13 Avqust 2020 15:10
Bəyəndim (3) Bəyənmədim (0)

Donbasdakı vəziyyətin nizamlanması üzrə əlaqə qrupunun danışıqları Belarusdakı etirazlara baxmayaraq davam edəcək.

Oxuməni.az Rian.ru-ya istinadən xəbər verir ki, növbəti iclas avqustun 18-də Minskdə keçiriləcək.

"Minskdə üçtərəfli əlaqə qrupunun iclasına və ümumilikdə Minsk prosesinə gəldikdə, əminəm ki, proses dayanmayacaq. Avqustun 18-də ən yaxın görüş planlaşdırılır, görüş artıq Leonid Makaroviç Kravçukun sədrliyi ilə yeni formatda keçiriləcək". Zelenski Donbass üzrə əlaqə qrupunun Belarusdakı etirazlarla bağlı işinin necə dəyişəcəyi barədə jurnalistlərin sualına cavabında bildirib.

O qeyd edib ki, qarşıdakı görüşün əsas məsələləri sülh rejiminin davam etdirilməsi və tutulan şəxslərin mübadiləsi olacaqdır. "Biz ATƏT–də artıq bu yeni siyahı verdik, ATƏT bizim siyahımızı mübadilə üçün təsdiq etdi, orada 100-ə yaxın adam var. İndi biz o tərəfdən gözləyirik ki, onlar da öz siyahısını təqdim edəcəklər, sonra ATƏT... mübadilənin texniki baxımdan nə vaxt aparıla biləcəyini müəyyənləşdirməlidir", - deyə Zelenski əlavə edib.

Oxuməni.az