Lukaşenko Belarusda xarici hərbçilərin olmadığını bildirib

Lukaşenko Belarusda xarici hərbçilərin olmadığını bildirib

19 Avqust 2020 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

"Belarusda heç bir xarici hərbi qulluqçu yoxdur"-, deyə ölkə Prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasında bildirib.

Oxuməni.az-ın russian.rt.com-a istinadən verdiyi xəbərə görə, o qeyd edib ki, Belarusda Rusiya hərbi texnikasının olması barədə internetdə yalan xəbərlər yayılır.

"Hərbi texnikanın bir sütununu götürürlər, ancaq onun kimə məxsus olduğu məlum deyil. Hərbi texnika Rusiya sərhədindən Orsaya doğru hərəkət edir. Bunu lentə alanlar onların Rusiyanın deyil, Belarusun BTR-ləri olduğunu başa düşmürlər", - deyə Lukaşenko bildirib.

O, qeyd edib ki, bu BTR-lər dövlət sərhədinin müdafiəsi ilə bağlı əlavə tədbirlər haqqında qərar qəbul ediləndə qərb sərhədi istiqamətində hərəkət edib.

"Xarici qoşunlara gəldikdə isə, bu gün Belarusda başqa dövlətlərdən heç birinə məxsus hərbi qüvvə və texnika yoxdur", - deyə o vurğulayıb.

Xatırladaq ki, daha öncə Belarus ordusunun Qərb sərhədlərindəki hərbi bölmələrinin döyüş hazırlığına gətirilməsi barədə məlumatlar yayılmışdı.

Oxuməni.az