Kreml Belarusdakı vəziyyəti qiymətləndirməkdən imtina etdi
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Belarusda baş verənlərə qiymət verməkdən imtina edib.
Oxuməni.az rian.ru-ya istinadən xəbər verir ki, bir müddət əvvəl Belarus prezidenti postuna sabiq iddiaçı Svetlana Tixonovskaya Avropa Parlamentinə bildirib ki, respublikada nə rusiyapərəst, nə də antirusiya yönümlü dinc etirazlar baş verir.
"Bu halda baş verənlərə hansısa qiymət vermək və ya hüquq-mühafizə orqanlarının qayda-qanunun təmin edilməsi funksiyasını yerinə yetirən bu və ya digər hərəkətlərinə qiymət vermək bizim qonşu, ittifaq Belarusunun daxili işlərinə qarışmaq deməkdir. Biz bunu etməyəcəyik", - deyə Peskov bildirib.
Oxuməni.az
Digər xəbərlər
















































.jpg)
.jpg)
.jpg)

































