Əfqanıstan hakimiyyət orqanları təxminən 5 min nəfər Taliban üzvünü azad edib

Əfqanıstan hakimiyyət orqanları təxminən 5 min nəfər Taliban üzvünü azad edib

3 Sentyabr 2020 14:30
Bəyəndim (2) Bəyənmədim (0)

Əfqanıstan hakimiyyət orqanları Taliban hərəkatı ilə bağlanmış müqaviləyə əsasən, bu qurumun həbsdə olan 5 min nəfər üzvünü azad edib.

Oxuməni.az Kommersant.ru-ya istinadən xəbər verir ki, 5 min nəfər Taliban üzvünün azad edilməsi bölgədə sülhə doğru atılan növbəti bir addım olub. Amma Əfqanıstan hökuməti Fransa və Avstraliyanın təhlükəli cinayətkar hesab etdikləri yeddi nəfər Taliban üzvü olan əsiri azad edə bilməyib.

Xatırladaq ki, fevral ayında Taliban hərəkatı ilə ABŞ arasında sülh sazişi imzalanıb. Anlaşmada xarici qoşunların Əfqanıstandan tədricən çıxarılması, hər iki tərəfdən əsirlərin azad edilməsi və taliblərin iştirakı ilə yeni hökumətin formalaşdırılması nəzərdə tutulur.

Oxuməni.az