Peskov Soçidə Putin və Lukaşenko arasında danışıqların detalları barədə danışdı

Peskov Soçidə Putin və Lukaşenko arasında danışıqların detalları barədə danışdı

15 Sentyabr 2020 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya və Belarus liderləri Vladimir Putinlə Aleksandr Lukaşenko arasında keçirilən görüşdə ikitərəfli əlaqələr və iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib.

Oxuməni.az russian.rt-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında bildirib.

"Soçidə prezidentlər Putin və Lukaşenko arasında danışıqlar başa çatıb. Onların təkbətək şəraitdə keçən görüşü təxminən dörd saat davam edib. Görüşün əvvəlində Putin Rusiyanın Belarusa 1,5 milyard dollar kredit verəcəyini bildirib", - deyə Kremlin nümayəndəsi vurğulayıb.

O, əvvəllər iki ölkənin nümayəndə heyətlərinin görüşünün keçirildiyini xatırladıb.

"Ona görə də prezidentlərin görüşündə əsas müzakirə hədəfi ikitərəfli əlaqələrin daha da genişləndirilməsi, ticarət-iqtisadi kooperasiyanın inteqrasiyası olub ", -deyə Peskov əlavə edib.

Oxuməni.az