Navalnı Omsk xəstəxanasında götürülmüş paltarlarının qaytarılmasını tələb edib

Navalnı Omsk xəstəxanasında götürülmüş paltarlarının qaytarılmasını tələb edib

21 Sentyabr 2020 16:44
Bəyəndim (3) Bəyənmədim (0)

Müxalifətçi Aleksey Navalnı Tivitter-də yazıb ki, zəhərlənməsinə dair cinayət istintaqının başladılmamasından narazı qalıb.

Oxuməni.az-ın kommersant.ru-ya istinadən verdiyi xəbərə görə, o, həmçinin ona əhəmiyyətli bir dəlil ola biləcək paltarlarını qaytarmağı tələb edib.

Cənab Navalnı qeyd edib ki, Fransa və İsveçdəki iki müstəqil laboratoriya, eləcə də Bundesverin Almaniya Xüsusi laboratoriyası onun orqanizmində "Noviçka" olduğunu təsdiqləyib: "Ancaq Rusiyanın siyasi və hüquqi reallığında belə bir şey yoxdur... Bununla bağlı Rusiyada heç bir cinayət işi yoxdur, amma "xəstəxanaya yerləşdirilmə faktı ilə əlaqədar istintaq yoxlaması"var. Belə təəssürat yaranır ki, mən təyyarədə komaya düşməmişəm, supermarketdə sürüşüb ayağımı sındırmışam".

O, həmçinin avqustun 20- də əynində olan paltarını qaytarmağı tələb etdi. Siyasətçinin sözlərinə görə, onu Almaniyaya "tamamilə çılpaq göndəriblər". "Mənim bədənimdə "Noviçok" aşkarlandığını təsdiq edə biləcək paltarım çox vacib bir dəlildir. Paltarımın selofan paketinə diqqətlə qablaşdırılmasını və mənə qaytarılmasını tələb edirəm", deyə siyasətçi qeyd edib.

Oxuməni.az