Ermənistanı tərk etmək istəyən ermənilər aclıq aksiyası keçirirlər-Video

Ermənistanı tərk etmək istəyən ermənilər aclıq aksiyası keçirirlər-Video

23 Sentyabr 2020 10:15
Bəyəndim (2) Bəyənmədim (0)

Rusiyaya getməyi tələb edən bir qrup Ermənistan vətəndaşı Yerevanda hökumət binası qarşısında aclıq aksiyasına başladıqlarını elan ediblər.

Oxuməni.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə, Ermənistanın "News.am" nəşrinin yaydığı məlumatda deyilir. Aksiya iştirakçıları Rusiyaya gediş-gəlişə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını və sərhədin açılmasını tələb edirlər. Hələlik hökumət orqanları onların etiraz aksiyalarına ciddi reaksiya verməyiblər. Lakin etiraz aksiyası iştirakçıları sona kimi mübarizə aparacaqlarını və aclığı dayandırmayacaqlarını bildiriblər.

Nevs.am xatırladıb ki, Ermənistanda əhali arasında narazılıq artmaqda davam edir və vətəndaşlar parlament və hökumətin binaları qarşısında tez-tez etiraz aksiyaları keçirsələr də, ancaq onların problemi hökumət tərəfindən həll edilmir.

Səda

Oxuməni.az