Avropa İttifaqı Lukaşenkonun legitimliyini tanımadığını bəyan edib

Avropa İttifaqı Lukaşenkonun legitimliyini tanımadığını bəyan edib

24 Sentyabr 2020 10:49
Bəyəndim (1) Bəyənmədim (0)

Avropa İttifaqı Aleksandr Lukaşenkonun inauqurasiyasını tanımadığını bəyan edərək onun ölkədə diktator rejimini qoruyub saxlama cəhdini pisləyib.

Oxuməni.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, Avropa İttifaqının Baş diplomatı Jozep Borrell deyib ki, Lukaşenko demokratik legitimlikdən məhrum olub və Belarusu dərin uçuruma sürükləyir.

“Avropa İttifaqı bir daha bildirir ki, 9 avqustda Belarusda keçirilən prezident seçkisi azad, demokratik və ədalətli olmayıb. Avropa İttifaqı onların nəticələrini tanımır”, – deyə o bildirib.

Qeyd edək ki, ötən gün Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasiminin keçirilməsindən sonra ABŞ, Almaniya, Slovakiya, Latviya, Litva və Estoniya rəsmi bəyanatla çıxış edərək onu prezident kimi tanımadıqlarını açıqlayıblar.

Oxuməni.az