Dubayda dünyanın ən böyük qızıl külçəsi təqdim olunub
Dubayda yerləşən “Emirates Minting Factory” şirkəti, Ginnesin Rekordlar Kitabında yerini təmin edərək, çəkisi 300 kq-dan çox olan dünyanın ən böyük qızıl külçəsini istehsal edib.
Bu barədə Əmirlik hökumətinin mətbuat xidməti X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
"Emirates Minting Factory, çəkisi 300 kq-dan çox olan ən böyük qızıl külçəsini istehsal etməklə Dubay üçün yeni dünya rekordu müəyyənləşdirdi. Dubay Qiymətli Metallar Konfransının bağlanış mərasimi zamanı bu nailiyyəti qeyd etmək üçün Ginnesin Rekordlar Kitabının sertifikatı verildi", - nəşr yazır.
“Emirates Minting Factory” Dubayın (BƏƏ) əl-Kouz sənaye zonasında yerləşən afinaj zavoduna malikdir. Obyekt qiymətli metalları təmizləyir və gündəlik 1000-1200 kq qızıl və gümüşü emal etmək və əritmək qabiliyyətinə malikdir.
Almaz Həsənli